Mühəndis – inşaatçı | Təhsil Elanları
Mühəndis – inşaatçı
Bölmə:İş Elanları 952 dəfə oxunub
26.10.2014

Şirkətin adı: Azerbaijan Fibro Cement MMC (“Synergy Group” ASC-nın üzvü olan şirkətdir)

Vəzifənin adı: Mühəndis – inşaatçı

“Synergy Group” ASC haqqında

2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 28 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 1300-dən artıq işçi çalışır.
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

“Azerbaijan Fibro Cement” MMC haqqında

Qaradağ rayonu ərazisində yerləşəcək zavodun 2015-ci ilin sonundan etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 6,8 hektar ərazidə yerləşəcək.

“Azerbaijan Fibro Cement” zavodu fibro sement məhsulundan:

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• İş fəaliyyətində Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə və digər hüquqi-normativ, texniki sənədlərə (СНИП, AzDTN, ГОСТ, ВСН və s.) əsaslanmaq;
• Tikinti-quraşdırma işlərinin əvvəlcədən təsdiq olunmuş İnşaat İşlərin İcra Layihəsinə, işçi cizgilərə əsasən icra olunmasına, iş həcmlərin, tikinti-quraşdırma, təmir işlərinin müddətlərinin, keyfiyyətinin, inşaat işlərində istifadə olunan materialların, məmulatların və konstruksiyaların keyfiyyətinin layihə-smeta sənədlərinə, tikinti norma-qaydalarına, standartlara və texniki şərtlərə uyğun həyata keçirilməsinə nəzarəti təşkil etmək;
• İnşaat sahəsində tikinti-quraşdırma işlərinin texnoloji ardıcılığının qorunub saxlanmasına və təhlükəsiz icrasına nəzarəti təşkil etmək;
• İnşaat işlərinin icrası üçün yeni texnikanın tətbiqini, əməyin səmərəli təşkili, tikinti-quraşdırma, sazlama və istismara buraxılma işləri və istifadə olunan materialların qənaətli sərfi üzrə tədbirləri həyata keçirmək;
• İnşaat işlərində istifadə olunacaq beton və polad məmulatların layihələrə uyğun seçilməsini təmin etmək;
• Polad və taxtadan istehsal olunmuş məmulatların quraşdırılmasına nəzarəti təşkil etmək;
• İnşaat layihələrində hər hansı dəyişikliklərin olunması barəsində qərarların qəbul olunmasında iştirak etmək;
• İnşaat işlərinin icrasının gecikməsinə səbəb olan amillərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
• İnşaat işlərində qüsurların aradan qaldırılmasının vaxtı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;
• İnşaat işləri çərçivəsində gizli işlərin qeydiyyata alınması üçün “Gizli İşlər Aktının” tərtib olunmasını təşkil etmək;
• Tikinti-quraşdırma işlərinə texniki nəzarəti, inşaası bitmiş tikililərin və obyektlərin müvafiq sənədlər, aktlar əsasında təhvil alınmasınıda iştirak etmək;
• İnşaat işləri çərçivəsində hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki;
• İddia edən şəxslərin iş təcrübəsi – Sənaye obyektlərinin inşaat işlərində 5 ildən az olmayaraq;
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri; ingilis dilinə üstünlük verilir;
 Kompyuterdə istifadə bacarığı;
 Layihələndirmənin metodikasını və sistemlərini;
 Layihələrin, cizgilərin oxunma qaydalarını və istehsalatda tətbiqi qaydalarını;
 İnşaat işlərini tənzimləyən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyi və digər hüquqi-normativ, texniki sənədləri (СНИП, AzDTN, ГОСТ, ВСН və s.);
 İnşaat işlərinin icra olunmasının texnoloji əsaslarını; tikinti işlərinin icra planlarının tərtib olunma və rəsmiləşdirilmə qaydalarını;
 İnşaat sahəsində layihə-smeta və inşaat işlərinin gedişatının qeydiyyatı üçün zəruri texniki sənədlərin hazırlanma qaydalarını;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və hr@synergygroup.az ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.