Təcili katibə-referent tələb olunur: | Təhsil Elanları
Təcili katibə-referent tələb olunur:
Bölmə:İş Elanları 592 dəfə oxunub
16.12.2017

Təcili katibə-referent tələb olunur:

• Gündəlik e-mailləri yoxlamaq, gələn məktubları müvafiq şöbələrə və şəxslərə çatdırmaq;
• Telefon zənglərini, faksları qəbul etmək;
• Direktorun verdiyi tapşırıqları müvafiq şöbə və şəxslərə çatdırmaq;
• Gündəlik kargüzarlıq işini təşkil etmək;
• Çap, kseroks və digər işləri görmək;
• Gələn qonaqları qarşılamaq;
• Telefonaqramaları qəbul etmək və vermək;
• Öz sahəsinə aid olan sənədlərin dəqiq şəkildə aparmaq, sənədlərin saxlanmasının və düzgün olmasının təmin etmək.

Tələblər:
- Ali təhsil;
- Ofis proqramlarından sərbəst işləməli;
- İşgüzar etikaya bələd olmalı; 
- İşində səliqəli, məsuliyyətli olmalı, komandada işləməyi bacarmalı;
- Öyrənmək istəyi və qabiliyyəti (Azərbaycan, rus və ingilis dillərini sərbəst şəkildə bilən, lakin iş təcrübəsi olmayanlar da müraciət edə bilər);
- Yaş həddi qoyulmur.

ƏSAS TƏLƏB: 
Azərbaycan, rus ve ingilis dillərini MÜKƏMMƏL şəkildə bilmək, bu dillərdə sənədləri tərtib etmək, danışıqlar aparmaq, xarici layihələrin texniki sənədlərini tərcümə edə bilməyi bacarmaq!!!

İş qrafiki:

- Bazar ertəsi - cümə: 07.50 - 17.00
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı yüksəkdir!

Yuxarıda sadaladığım keyfiyyətlərə malik olan namizədlər sevinj.garakishiyeva@gmail.com ünvanına rezumelerini göndərə bilərlər.