Hüquqşünas | Təhsil Elanları
Hüquqşünas
Bölmə:İş Elanları 504 dəfə oxunub
26.10.2014

Woodpecker Mebel Fabriki Hüquqşünas vakansiyasına qəbul elan edir.

TƏLƏBLƏR

- Hüquq sahəsi üzrə yüksək təhsil
- 5 ildən çox təcrübə
- Rus və Ingilis dillərini bilməsi arzu olunandır
- Azərbaycan Respublikası Əmək Məcəlləsini yüksək səviyyədə bilməsi vacibdir
- Beynəlxalq norma və prinsiplər haqqında məlumatlı olmalıdır

VƏZİFƏLƏR

- Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması
- Şirkətə daxil olmuş işlərin, iddia ərizələrinin hazırlanmasını və məhkəməyə göndərilməsini təmin etmək
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və Şirkətin maraqlarına uyğunluğunu yoxlamaq
- Hüquqi xarakterli sənədlərin hazırlanması
- Şirkəti Məhkəmədə təmsil etmək, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
- Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması

ƏLAQƏ

Woodpecker Mebel Fabriki
Cəlilabad rayonu
Bakı-Astara şossesi 130-cu km

Telefon: 055 200 37 89
Email: cv@woodpecker.com.az

QEYDLƏR

Bu vakansiya ilə maraqlanırsınızsa, 30 oktyabr 2014-cü il tarixinədək tərcümeyi-halınızı (CV) yuxarıdakı elektron ünvana göndərin və ya göstərilən nömrə ilə əlaqə saxlayın.CV-nizi göndərərkən mövzu yerinə “Hüquqşünas” yazmağınız xahiş edilir.