Bölmə:İş Elanları 331 dəfə oxunub
PR MENECER
Vəzifə öhdəlikləri:
• Press-relizlərin, xəbərlərin, məqalələrin yazılması, KİV-də və sosial mediada paylaşılması
• Sosial media profilləri, Saytın, Forumun səhifələrinin idarə edilməsi və nəzarəti
• Məruzələrin, təqdimatlarının və reklam materialların hazırlanması
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi
• Dövri hesabatların hazırlanması və təhlili;
• Assosiasiyanın üzvləri ilə əlaqə saxlanması
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Analoji sahədə 2 il iş təcrübəsi olmalı (kənd təsərrüfatı sahəsi üzrə təcrübə arzuolunandır);
• Microsoft Office, o cümlədən Power Point proqramlarını bilməli;
• Azərbaycan dilində sərbəst bilməlidir, Rus və İngilis dillərində danışmalı;
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı;
• İşgüzar və məsuliyyətli olmalı;
• Oğlan namizədlərə üstünlük verilir
• Maaş: Razılaşma əsasında;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: fuad.shahvaliyev@amta.az
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində rəngli fotosu ilə birgə bizim elektron ünvanına göndərə bilərlər.