Bölmə:İş Elanları 462 dəfə oxunub
İbtidai təhsil səviyyəsində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:
İbtidai təhsil səviyyəsi üzrə tələb olunan bilik sahələrində (Azərbaycan dili, rus dili, riyaziyyat, informatika, ingilis dili və həyat bilgisi) aşağıdakı bacarıqlara malik olmalıdır:
- test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili;
- test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, ekspertizasının təşkili;
- yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi, qiymətləndirilməsinin təşkili.
İxtisas tələbləri və digər şərtlər:
Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
- ibtidai sinif müəllimliyi (Azərbaycan və rus bölmələri üzrə);
- ingilis dili;
- Azərbaycan dili;
- rus dili;
- riyaziyyat;
- informatika.
Mircrosoft Office proqramlarında yüksək səviyyədə işləməyi bacarmalıdır;
Müvafiq sahədə iş təcrübəsi olanlara, həm Azərbaycan dilini, həm də rus dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq (aid olmayan bəndlər boş buraxılır) 2017-ci il dekabr ayının 25-dək a.qasimov@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər seçim mərhələsinə dəvət olunacaqlar.