DİM ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrləri yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir
Bölmə:İş Elanları 1329 dəfə oxunub
Bölmə:İş Elanları 1329 dəfə oxunub
13.12.2017
İngilis dili fənni üzrə markerlərin funksiyaları:
- yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi.
Ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri və aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar müraciət edə bilərlər:
- Xarici dil müəllimliyi (ingilis dili);
- Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə);
- Filologiya (ingilis dili və ədəbiyyat);
- Tərcümə (Azərbaycan dili - ingilis dili);
İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq (aid olmayan bəndlər boş buraxılır) 2017-ci il dekabr ayının 30-dək o.ismayilov@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.