Bölmə:İş Elanları 341 dəfə oxunub
“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.
"NewCond" şirkəti “Satış üzrə Menecer” vakansiyası elan edir.
İş barədə məlumat
- Məişət, sənaye, yarımsənaye kondisionerləri, havalandırma, kombi isitmə, ventilyasiya sistemlərinin mağaza daxilində satışının həyata keçirilməsi;
- Müştəriyə seçim etməkdə optimal köməkliyin göstərilməsi, məhsullar və çeşidlər barədə dolğun məlumatın verilməsi;
- 1C proqramında malların seçilməsi, sifarişlərin və qaimələrin tərtib edilməsi.
Namizədə dair tələblər
- Kompyuterdən istifadə bacarığı (MS Excel, MS Word);
- Azərbaycan və rus dili biliklərini əla səviyyədə bilməli;
- İsitmə, soyutma, ventilyasiya və havalandırma sistemləri (HVAC systems) ilə bağlı iş təcrübəsinin və texniki biliklərin olması;
- müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Komandada işləmə qabiliyyəti və satış həyata keçirtmə bacarığı;
- Malları təqdim etmək, müştəri məmnunluğuna nail olmaq bacarığı;
- İşləmək və qazanmaq istəyi, özünə qarşı tələbkarlıq.
- Əmək haqqı: 400 (Əməkhaqqı müsahibənin nəticəsinə görə təyin edilə bilər)
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş saatı: 10.00-19.00
- Pərakəndə satılan hər bir mal üçün bonus hesablanır.
CV-lərinizi hr@melissagroup.az ünvanına " satış üzrə menecer " başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.