Marketing Assistant vəzifəsinə işçi axtarılır. | Təhsil Elanları
Marketing Assistant vəzifəsinə işçi axtarılır.
Bölmə:İş Elanları 601 dəfə oxunub
05.12.2017

HDN Group şirkətləri üçün Marketing Assistant vəzifəsinə işçi axtarılır.

HDN Group müxtəlif sahələrdə (Təhsil, maliyə, tədbir təşkilatçılığı) fəaliyyət göstərənşirkətlərdən ibarətdir. Yerli və xarici bir çox tərəfdaş ilə çalışan HDN Group fəaliyyəti ərzində 10 minə yaxın müştəri ilə təmasda olmuşdur. Missiyası ölkənin təhsil və maliyə sistemində olan boşluqları doldurmaqdır.

Vəzifə öhdəlikləri:
- Bütün layihələrin marketinq fəaliyyətlərində aktiv iştirak etmək;
- Sorğuların təşkili və təhlili;
- Marketinq və reklam fəaliyyətləri üçün kontent hazırlamaq;
- Layihələr üçün marketinq büdcələrinin hazırlanıb (detallı və əsaslı) rəhbərliyə təqdim edilməsi;
- Təşviqat fəaliyyətlərinə dəstək vermək; 
- Dataların toplanması və sistemləşdirilməsi;
- Data analizlərinin edilməsi;
- Partnyor şirkətlərlə əməkdaşlığın davam etdirilməsi üçün fəaliyyətləri idarə etmək;
- Yerli və xarici bazar araşdırmaları etmək;
- Həftəlik hesabatlar hazırlanması;

Namizədə olan tələblər:
- Ali təhsil (Marketinq, reklam, idarəetmə və ya PR sahəsində);
- Digital Media kanallarının idarəedilməsi üzrə bacarıqlar;
- Kontent hazırlama bacarığı; 
- Təqdimat və kiçik auditoriya qarşısında çıxış bacarığı;
- Təşkilatçılıq bacarığı;
- Ədəbi dildə mükəmməl yazı və danışıq qabiliyyəti, 
- İşgüzar ingilis dilini ən az orta səviyyədə bilməli;
- MS Excel, PowerPoint kimi standartlaşmış proqramları bilməli;
- Yaş məhdudiyyəti: 20-30 yaş;
- Cinsiyyət: Hər ikisi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə mütləq "Marketing Assistant" qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) cv@hdn-group.com elektron ünvanına göndərə bilərlər.