Vergilər Nazirliyi bu ixtisaslardan olan işçilər axtarır - SİYAHI | Təhsil Elanları
Vergilər Nazirliyi bu ixtisaslardan olan işçilər axtarır - SİYAHI
Bölmə:İş Elanları 9155 dəfə oxunub
02.12.2017

Vergilər Nazirliyi dövlət vergi orqanlarında işləmək istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib. Tehsil.im Nazirlliyə istinadən xəbər verir ki, işə qəbul “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə” və “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”na əsasən aparılacaq. 


Müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik , yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

1. Hüquqşünaslıq;
2. Beynəlxalq hüquq;
3. Maliyyə;
4. İqtisadiyyat;
5. Statistika;
6. Beynəlxalq iqtisadi münasibətlər;
7. Mühasibat uçotu və audit;
8. Maliyyə və kredit;
9. İqtisadiyyatın tənzimlənməsi;
10. Əməyin iqtisadiyyatı və sosiologiyası;
11. İqtisadi kibernetika;
12. Qiymət və qiymətin əmələ gəlməsi;
13. Xəzinə əməliyyatlarının uçotu;
14. İqtisadi nəzəriyyə;
15. Vergilər və vergitutma;
16. Sığorta işinin təşkili;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
23. Gömrük işinin təşkili;
24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
25. Vergi işinin təşkili və idarə edilməsi;
26. Tətbiqi riyaziyyat;
27. İnformatika;
28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
29. Maliyyə nəzarəti və audit.

Xarici ölkələrdə təhsil alan namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır,

MBA proqamı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 20.12.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. 

Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. 

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir. Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Elektron ərizə vermiş namizədlər 24-26.01.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 30.11.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcək


Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.