Aparıcı Mühasib | Təhsil Elanları
Aparıcı Mühasib
Bölmə:İş Elanları 365 dəfə oxunub
05.11.2017

"Optimal Elektronika" mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikasının 2 mindən cox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətlərə görə

"Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

"Optimal Elektronika" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: Aparıcı Mühasib

Departament / şöbə: Mühasibatlıq Şöbəsi

Əsas vəzifə və öhdəliklər

  (1C) daxil edilməsinin icrası;
 ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
 Səmərəli mühasibat uçotu sisteminin qurulması və inkişaf etdirilməsində iştirak;
 Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqə;

Namizədə dair tələblər

 İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
 Mal-material əməliyyat uçotu  üzrə  3 il iş təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir);
 ERP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
 MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
 Komandada və təzyiq altında işləmə bacarığı;

İş şərtləri

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: namizədin peşəkar təcrübə , bilik və bacarıqları əsasında təyin edilir;
 Korporativ nömrə və danışıq vaxtı və nahar şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 03.12.2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Aparıcı mühasib” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.

DEADLINE: 2017-12-03