Çingiz Abdullayev: "Təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir - VİDEO | Təhsil Elanları
Çingiz Abdullayev: "Təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir - VİDEO
Bölmə:Xəbərlər 1235 dəfə oxunub
03.11.2017

Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşüb.
 
AZXEBER.COM xəbər verir ki, yazıçı çıxışı zamanı Azərbaycan təhsilində tüğyan edən rüşvətxorluq mövzusuna toxunub.
 
O qeyd edib ki, rüşvət alan müəllim fahişədən daha təhlükəlidir: "Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvət yolverilməzdir. Hətta təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir. Hətta bilirsən ki, fahişəlik fahişənin işidir, ancaq rüşvət alanlar gələcəyimizin kökünü kəsirlər.
 
Çingiz Abdullayev deyib ki, auditoriyada bu sözləri deyəndən sonra bütün tələbələr öz rektorlarına baxıblar: "Bu sözləri deyəndən sonra gördüm ki, auditoriyada oturan 400 nəfər mənə baxmır, hamısı rektora baxır. Yazığım gəldi, o rektora". 
 
Yazıçının bu sözləri alqışlanıb. 
 
Həmin videonu təqdim edirik: