“Təhsildə İnkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərivəsində fərdi kateqoriya üzrə həyata keçirilən “Mən Əlaçıyam!” layihəsi TƏRƏFDAŞLIQ MÜSABİQƏSİ elan edilir | Təhsil Elanları
“Təhsildə İnkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərivəsində fərdi kateqoriya üzrə həyata keçirilən “Mən Əlaçıyam!” layihəsi TƏRƏFDAŞLIQ MÜSABİQƏSİ elan edilir
Bölmə:Elanlar 1087 dəfə oxunub
03.11.2017

 

                                                                                                                                                                                         

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə

  “Təhsildə İnkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”

çərivəsində fərdi kateqoriya üzrə həyata keçirilən

“Mən Əlaçıyam!” layihəsi

TƏRƏFDAŞLIQ MÜSABİQƏSİ

elan edilir

“Mən Əlaçıyam!” layihəsi Tədris Müəssisələrini müsabiqədə iştirak etməyə dəvət edir.

 

Müsabiqəyə dair əsas tələblər:

  • Müsabiqədə Gəncə şəhərində fəsliyyət göstərən  dövlət və ya özəl Tədris Müəssisələri iştirak edə bilər.
  • Gəncə şəhər orta təhsil məktəblərində təhsil alan 5-11 ci sinif şagirdləri üçün test imtahanı təşkil edə biləcək Tədris Müəssisələri müraciət edə bilər.
  • Test imtahanının ödənişli əsaslarla təşkili tam olaraq Tədris Müəssisəsi tərəfindən həyata keçirilir.

Tərəfdaş Tədris Müəssisənin keçirəcəyi sınaq imtahanının tanıtım işlərini “Mən Əlaçıyam!” layihəsi həyata keçirəcək.

Test imtahanında yüksək bal toplamış 30 şagirdin foto şəklindən ibarət irihəcmli banner Gəncə şəhərində sərgilənəcək.

Layihənin “Əlaçı” şagirdlərinə Tərifnamə təqdim ediləcək.

Müsabiqənin müddəti:

  • Ərizə formasını 3 noyabr tarixindən  etibarən təqdim edə bilərsiz.

Ərizə forması  7 noyabr tarixindən gec olmayaraq firengizmustafayeva@gmail.com  elektron poçtuna göndərilməlidir.

  • Müsabiqənin nəticəsi ilə bağlı müraciətçi ilə əlaqə saxlanılacaq.

 

Əlaqə:             

 

Ünvan:Gəncə ş. Vaqif küç.

Tel: 022 256 80 15        e-mail: firengizmustafayeva@gmail.com       

         “Mən Əlaçıyam!”

 

Bu müsabiqə elanı “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Mən Əlaçıyam!” layihə çərçivəsində hazırlanmışdır. Təhsil Nazirliyi nəşrin məzmununa görə məsuliyyət daşımır.”

müsabiqəyə ərizə form..docx