Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi | Təhsil Elanları
Azərbaycan Dövlət İqtisad Universitetinin özünüidarə statusu ləğv edildi
Bölmə:Xəbərlər 1090 dəfə oxunub
02.11.2017

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Tehsil.im  xəbər verir ki, Sərəncam ilə, adı çəkilən Sərəncam ləğv edilib.

Qeyd edək ki, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusu verilmişdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilirdi. 

Beləliklə, Dövlət İqtisad Universiteti müstəqilliyini itirir. Ehtimal ki, ali təhsil müəssisəsi Təhsil Nazirliyi tərəfindən idarə olunacaqdır.