Tehsil.im saytı yazı müsabiqəsi elan etdi - DİQQƏT | Təhsil Elanları
Tehsil.im saytı yazı müsabiqəsi elan etdi - DİQQƏT
Bölmə:Elanlar 1916 dəfə oxunub
22.10.2017

Tehsil.im gənc yazarlar üçün yazı müsabiqəsi elan edir.
 
Yazılar təhsil, turizm, inkişaf, motivasiya və gəncləri maraqlandıran digər movzularda olmalıdır.
 
Müsabiqənin şərtləri:
Mövzunu dolğun əhatə etmə səviyyəsi;
Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
İfadə vasitələrinin zənginliyi;
Oxucu üçün informasiyalılıq dərəcəsi;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;
Hər kəs müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
 
Ən yaxşı yazılar üçün 3 yer nəzərdə tutulur.
I yer – Yazarın 5 məqaləsi Tehsil.im saytında yerləşdiriləcək və 1 ay ərzində hər gün reklam olunacaq.
II yer – Yazarın 3 məqaləsi Tehsil.im saytında yerləşdiriləcək və 1 ay ərzində hər gün reklam olunacaq.
III yer – Yazarın 2 məqaləsi Tehsil.im saytında yerləşdiriləcək və 1 ay ərzində hər gün reklam olunacaq.
 
Yazılar müəllifin elektron ünvanından elektron qaydada itehsil@mail.ru elektron poçtuna göndərilməlidir.
 
Yazıda «Tehsil.im-in keçirdiyi müsabiqəyə təqdim edilir» qeydi göstərilməlidir.
 
Yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surətinin skan olunmuş PDF faylı və yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu göstərilməlidir.
 
Yazıların qəbulu 23 oktyabr 2017-ci ildən 23 noyabr 2017-ci ilə qədər davam edəcək. Yazılar tehsil.im saytında yayımlanacaq və  saytın oxucuları tərəfindən qiymətləndiriləcək. Belə ki, ən çox oxunan yazı qalib gələcək.
 
Qaliblərin adları 01 dekabr 2017-ci il tarixində açıqlanacaq.
 
Əlavə məlumat üçün itehsil@mail.ru saytı vasitəsilə əlaqə saxlamaq olar.