Vakant dövlət qulluğu vəzifələri təqdim edilmir – DİM | Təhsil Elanları
Vakant dövlət qulluğu vəzifələri təqdim edilmir – DİM
Bölmə:Dövlət qulluğu 2475 dəfə oxunub
20.10.2017

“Dövlət Qulluqçularının Reyestri vasitəsilə vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi hallarına qarşı monitorinqlər aparılır“. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O bildirib ki, vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməmə halları var.

“Bu sahədə iş aparılır. Dövlət orqanlarına bu barədə məktublar göndərilir ki, onlar bütün vakant vəzifələri Dövlət Qulluqçularının reyestrinə daxil etsinlər”, – deyə B. Xəlilov qeyd edib.