Çağrı Mərkəzinin Mütəxəssisi (gecə növbəsi) | Təhsil Elanları
Çağrı Mərkəzinin Mütəxəssisi (gecə növbəsi)
Bölmə:İş Elanları 1084 dəfə oxunub
30.09.2017

Çağrı Mərkəzinin Mütəxəssisi (gecə növbəsi)

Öhdəliklər:

• Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatın aparmaq və cavablandırmaq;
• Bankın məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək;
• Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüş zəngləri etmək;
• Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq.

Tələblər:

• Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili biliyinə üstünlük verilir);
• Kompüter proqramlarını bilmək;
• Nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq; 
• Analitik düşünmə qabiliyyəti, dəqiqlik;
• Yaxşı tələffüzlü, məsuliyyətli, özünü ifadə etmək bacarığ;
• Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı;
• Komandada işləmək bacarığı;
• Bank sahəsində iş və Çağrı Mərkəzinin əməkdaşı qismində təcrübəsi olanlara üstünlük verilir.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər. 
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.