Saytda Reklam meneceri vakansiyası | Təhsil Elanları
Saytda Reklam meneceri vakansiyası
Bölmə:İş Elanları 1672 dəfə oxunub
24.09.2017

Tehsil.im saytı növbəti mövsüm üçün Reklam meneceri vakansiyası üzrə işçi qəbulu elan edir.

Vəzifələr:

1. Yeni reklam vasitələrinin araşdırılması ;
2. Müştəri bazasını artırmaq, müştərilərə dolğun məlumat vermək və tələblərlə tanış etmək;
3. Müştərilərlə iş görüşmələrinə getmək ;
4. Şirkətin, xidmətlərin, təkliflərin təqdimatı ;
5. Yeni müştərilərin axtarılması və cəlb olunması;
6. İşgüzar tədbirlərdə şirkəti təmsil etmək;
7. Satış layihələrinin yaradılması və həyata keçirilməsində iştirak etmək.

Tələblər:

1. Ali və ya orta ixtisas təhsil 
2. Reklam sahəsi üzrə iş təcrübəsi arzuolunandır
3. 18-30 yaş
4. MS WORD proqramını bilməli.

İş qrafiki sərbəstdir. Evinizdən və ya ofisinizdən işləyirsiniz.

Əmək haqqı reklamların sayına müvafiq olaraq yüksək faizlə hesablanacaq.

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Reklam meneceri" sözünü qeyd etməklə itehsil@mail.ru elektron poçtuna göndərsinlər.
Qeyd olunan tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

son müraciət tarixi 25 oktyabr 2017