Dövlət İmtahan Mərkəzi mütəxəssis qəbulu elan edir | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi mütəxəssis qəbulu elan edir
Bölmə:İş Elanları 1868 dəfə oxunub
30.08.2017

Mütəxəssisin (müqaviləçinin) funksiyaları:

Müqaviləçi ali təhsil müəssisələrinin bakalavriat* və  müxtəlif ixtisas istiqamətləri üzrə** magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün aşağıdakı funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

 

  • sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;
  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;
  • test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək;
  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək.

Müraciət edən şəxslərə qoyulan tələblər:

 

  • orta təhsil üzrə buraxılış və bakalavriat səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün – müvafiq fənlər üzrə ən azı bakalavr təhsilinə, magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün isə – magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalıdır;
  • Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməlidir;
  • Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır;
  • Test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulmuş öhdəlikləri tam keyfiyyətlə və vicdanla yerinə yetirməlidir.

Qeyd: Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

 

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərin verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq 2017-ci il sentyabr ayının 20-dək magistratura@dim.gov.az  elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

* Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul proqramlarına və orta təhsil üzrə buraxılış imtahanlarına daxil olan fənlər;

** Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşmalar üzrə qəbul proqramlarına daxil olan fənlər.