Dövlət qulluqçularına sertifikatların verilməsi qaydası açıqlanıb | Təhsil Elanları
Dövlət qulluqçularına sertifikatların verilməsi qaydası açıqlanıb
Bölmə:Dövlət qulluğu 756 dəfə oxunub
28.08.2017

Azərbaycanda dövlət qulluqçularına sertifikatların verilməsi qaydası açıqlanıb.

APA-nın xəbərinə görə, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqənin test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat veriləcək. Sertifikatlar altqruplara daxil olan inzibati vəzifələrə uyğun olaraq təqdim edilir. Sertifikatın müddəti 5 ildir.

 

Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Sertifikatı əldə etmək üçün namizəd imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində mərkəzin portalından onlayn qeydiyyatdan keçir və namizədə təqdim olunan müraciət formasını doldurur. Namizədin forma vasitəsilə təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ qazanır.