Ali məktəblərə qəbulla bağlı nəticələr birazdan açıqlanacaq - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ | Təhsil Elanları
Ali məktəblərə qəbulla bağlı nəticələr birazdan açıqlanacaq - ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ
Bölmə:Tələbə qəbulu 1854 dəfə oxunub
11.08.2017

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib.

DİM-dən Lent.az-a verilən  məlumata görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Abituriyentlər DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə nəticələrini öyrənə bilərlər.