Sabah kolleclərə ixtisas seçimi bitəcək | Təhsil Elanları
Sabah kolleclərə ixtisas seçimi bitəcək
Bölmə:Tələbə qəbulu 495 dəfə oxunub
04.08.2017

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Bu gün saat 15:10-a olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:
Azərbaycan bölməsi – 10810; rus bölməsi – 368; cəmi – 11178
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.