Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 1492 dəfə oxunub
02.08.2017

Sumqayıt Texnologiyalar Parkı MMC satış təmsilçisi vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, ali təhsilli, sürücülük vəsiqəsi və şəxsi avtomobili olan, analoji sahədə ən azı 2 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi avqust ayının 31-dir.
Vəzifə öhdəlikləri:
• Aktiv müştəri bazasının artırılması
• Gündəlik marşrut üzrə satış nöqtələrinin ziyarəti
• Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişlərin həyata keçirməsinə nəzarət
• Malların standartlarına uyğun olaraq yerləşdirilməsi
• Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi
• Yeni məhsulları tanıtmaq 
• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması
• Bakı şəhəri və bölgələri üzrə müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı
• Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu
Təhsil/Təcrübə:
• Ali təhsilli olmalı
• Sürücülük vəsiqəsinə və şəxsi avtomobilə malik olmalı
• Bakı şəhərini və rayonları yaxşı tanımalı
• Analoji sahədə ən azı 2 il iş təcrübəsi olmalı
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli
• Azərbaycan dilində sərbəst danışmalı,  Rus və İngilis dillərini sənədləşmə səviyyəsində bilməli 
• Yüksək səviyyədə ünsiyyət qurabilmə qabiliyyətinə malik olmalı
• İşgüzar və məsuliyyətli olmalı
Əlavə məlumatlar:
• Maaş: razılaşma əsasında + satışdan faiz
• Əlavə olaraq yanacaq və avtomobilin amortizasiya xərcləri habelə şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə 
• E-mail: info@stp.az