Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. O, qeyd edib ki, Aytən Şirinova ilə əlaqə yaradaraq təhsili ilə bağlı müzakirələr aparıb:
“Aytən Şirinova topladığı balla hüquq fakültəsinə düşür. İndi çalışmalıyıq ki, Aytən Şirinova ödənişsiz ixtisasa düşsün. Bundan əlavə onun bütün universitet ləvazimatlarını da birlik ödəyəcək”.
Zərdab rayon Yarəmmədbağı kənd orta məktəbinin məzunu Aytən Şirinova ali məktəblərə qəbul imtahanında 662 bal toplayıb. Bu bal ona Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq şansı qazandırsa da imkansızlıqdan təhsilini davam etdirə bilməyəcəyi deyilir.