Expressbankdan yeni vakansiyalar | Təhsil Elanları
Expressbankdan yeni vakansiyalar
Bölmə:İş Elanları 1159 dəfə oxunub
18.10.2014

Tehsil.im xəbər verir ki, Expressbank yeni vakansiyalar elan edib. 

1. Filial müdiri (Bakı şəhəri)
Tələblər:
 Ali təhsil;
 Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir,
rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
 Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
 Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
 Liderlik qabiliyyətinin olması; - İdarəetmə bacarığı.

Vəzifə öhdəlikləri:
 Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
 Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin plana uyğun şəkildə
aparılmasını təmin etmək;
 Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
 Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
 Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin
etmək;
 Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin
keyfiyyətinə nəzarət etmək;
 Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq.

2. HR mütəxəssisi
Tələblər:

 Ali təhsil
 Analoji sahədə 2 il iş təcrübəsi;
 Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
 Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq
və oxumaq qabilliyyəti;
Vəzifə öhdəlikləri:
 İşə götürülməsi nəzərdə tutulan namizədləri müsahibə və yoxlama yolu ilə nəzərdən
keçirir, xülasələri yoxlayır, onların nəticələrini toplayır və şöbənin müdirinə təqdim
edir;
 İşə qəbul ilə bağlı elanların yerləşdirilməsini, anketlərin seçilməsini nəzarət edir;
 Bankda vakant vəzifələrə işçilərin seçilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və
namizədlərin sonrakı mərhələyə yönləndirilməsini nəzarət edir;  Potensial namizədləri müəyyənləşdirmək məqsədi ilə daxili işçi heyətinin, əmək
bazarının və işədüzəltmə agentliklərinin bazasının qiymətləndirməsində iştirak edir;
 Bankda işçiyə tələbat planını hazırlayır;
 Gənc, istedadlı namizədlərin banka cəlb edilməsi ilə əlaqədar təhsil müəssisələri ilə
əməkdaşlığın aparılması məqsədilə təhsil müəssisələrində prezentasiyaların
(təqdimatların) keçirilməsini təşkil edir;
 Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının yaradılması və mütəmadi olaraq
yenilənməsini nəzarət edir;
 Namizədlərin işə cəlb edilməsi məqsədilə işə qəbul mənbələrinə dair təkliflər
hazırlayır;
 Şöbənin müdiri tərəfindən verilən digər tapşırıqları icra edir və eyni sahədə fəaliyyət
göstərən mütəxəssisin fəaliyyətini istiqamətləndirir.

3. Texniki dəstək bölməsinin müdiri
Tələblər:
 İT Texniki Dəstək xidmətində minimum 3 il.
Vəzifə öhdəlikləri:
 Texniki Dəstək bölməsinin işinin təşkili
 Müraciətlərin qeydiyatı sisteminin qurulması
 Bölmənin işçilərin KPİ hesablanması
4. Proqram təminatı şöbəsinin mütəxəssisi
Tələblər:
 Ali təhsil;
 Analoji sahədə müvafiq təcrübə;
 Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
 Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
 Sərbəst alqoritm qurma bacarığı;
 Java (JSP və ya JSF);
 Oracle verilənlər bazasında işləmək bacarığı (developer səviyyəsində), SQL
(PLSQL, JBase, JBasic) üstünlük verilir.

5. Mikro kreditlər şöbəsinin mütəxəssisi
Tələblər:
 Ali iqtisadi təhsil;
 Mikro kreditlər sahəsində 2 (iki) il iş təcrübəsi ;
 İqtisadi və biznes təhlillərin aparılması, baş verə biləcək risklərin qabaqcadan
qarşısının alınması ;
 Şöbənin hesabatlarının tərtib edilməsi ;
 Ünsiyyətqurma, liderlik ;
 Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
Vəzifə öhdəlikləri:
 Mikro kredit portfelinin keyfiyyətinin təhlili ;
 Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin yoxlanılması ;
 Filiallar tərəfindən şöbəyə daxil olmuş kredit sifarişlərinin təhlili və müvafiq
komitədə müzakirəsi ;
 Mikro kredit portfelinə nəzarət və onun idarə olunması ;
 Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması ;
 Mikromaliyyə bazarının araşdırılması və Mikro kredit portfelinin artırılması
istiqamətində təkliflərin verilməsi ;
6. Hüquqi təminat şöbəsinin hüquqşünası
Tələblər:
 Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
 Müvafiq sahədə ən azı 1 il iş stajı;
 Microsoft Office proqramlarını bilmək;
 Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
 Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır)
Vəzifə öhdəlikləri:
 Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak
etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək;
 Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin
dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq;
 Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq;
 Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını
həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
 Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;  Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını
həyata keçirmək;
 Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas
protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi
ekspertizasının təşkil etmək;
 Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının
Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının
həyata keçirilməsinin təşkil etmək;
7. İcra işlərinin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası
Tələblər:
 Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
 Müvafiq sahədə ən azı 1 il iş stajı;
 Microsoft Office proqramlarını bilmək;
 Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
 Azərbaycan dilini sərbəst bilmək.
Vəzifə öhdəlikləri:
 Qanuni qüvvəsini almış məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu
aparmaq;
 İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən
edilmiş müddətlərdə həyata keçirilməsində iştirak etmək;
 Verilmiş icra vərəqələri üzrə İcra məmurları tərəfindən icraata başlamaq haqqında
qərarların vaxtında qəbul edilməsinə və verilmiş könüllü icra müddətində borcun
ödənilməsinə nəzarət etmək;
 Qətnamə vaxtında icra edilmədikdə, təmin edilməmiş kreditlər üzrə borcalanların,
onların zaminlərinin və əmlaklarının axtarışında iştirka etmək;
 Cavabdehin ümumi əmlak vəziyyətininin araşdırılması məqsədilə, aidiyyəti orqanlara
sorğuların verilməsi icra şöbələrindən tələb etmək;
 Məhkəmə aktları üzrə cavabdehlər tərəfindən aparılan ödənişlərin uçotunu
aparmaq;
 Aşkar edilmiş əmlaklara tutmanın yönəldilməsi məqsədilə zəruri sənədləri
hazırlamaq və icra məmuruna təqdim etmək;
 Aşkar edilmiş əmlakın İcra məmuru tərəfindən götürülməsi, onun satılması və əldə
olunmuş vəsaitin Banka köçürülməsində iştirak etmək;
 İpoteka predmetlərinin (dövlət qeydiyyatı aparılan daşınar və daşınmaz əmlakın)
qiymətləndirilməsi üçün qiymətləndirmə şirkətinlərinə sifarişlərin verilmək və onlar
tərəfindən obyektiv qiymətləndirilməsi işlərinin həyata keçirilməsində iştirak etmək;
 Banka ipoteka qoyulmuş və qətmanə ilə tutma yönəldilmiş ipoteka predmetlərinin
məhkəmə tərəfindən müəyyən edilmiş və ya sonradan icra məmurunun sifarişi
əsasında qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satılmasıüçün ixtisaslaşdırlmış hərrac mərkəzləri tərəfindən açıq hərraca çıxarılması və
satılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
 Açıq hərracdan satılmayan və tələbkar kimi Banka təklif olunan ipoteka
predmetlərinin Bankı qane edən şərtlərlə hərracdan alınması və Bankın mülkiyyətinə
götürülməsi üçün bütün zəruri tədbirləri görmək;
 Açıq hərracdan alınaraq Bankın mülkiyyətinə götürülmüş ipoteka predmetlərinin, icra
tədbirləri nəticəsində aşkar edilmiş cavabdehlərə məxsus əmlak və əşyaların
qiymətləndirilməsini təşkil edilməsi, onların satılmasında iştirak etmək və əldə
edilmiş vəsaitin qətnamələrin icrasına yönəldilməsi işlərində yaxından iştirak etmək;
 Təminatsız kredit borcları ilə əlaqədar çıxarılmış məhkəmə qətnamələrinə əsasən
borcalan və zaminlərin iş yerlərinin müəyyən edeilməsi və borcun əmək haqqına
yönəldilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmək;
 İcra edilmiş məhkəmə aktları üzrə icraata xitam verilməsi, ipoteka predmetlərinin
yüklülükdən azad edilməsi üçün zəruri sənədləri hazırlamaq və aidiyyəti üzrə
göndərilməsini həyata keçirmək;
8. Mübahisəli məsələlərin hüquqi tənzimlənməsi şöbəsinin hüquqşünası
Tələblər:
 Hüquq ixtisası üzrə ali təhsil;
 Müvafiq sahədə ən azı 1 il iş stajı;
 Microsoft Office proqramlarını bilməli;
 Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
 Azərbaycan dilini sərbəst bilməli.
Vəzifə öhdəlikləri:
 Ümumi və inzibati-iqtisadi məhkəmələrinə Bankın adından pretenziyalar, ərizələr və
iddia ərizələri, pretenziyalara cavablar və iddialara etirazlar hazırlamaq;
 Ümumi, inzibati-iqtisadi və apellyasiya məhkəmələrində Bankın maraqlarının
qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək;
 Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya
və iddialarla bağlı sənədlərin uçotunu aparmaq;
 Bankda iddia işlərini aparmaq, məhkəmələrdə müəyyən edilmiş qaydada Bankın
maraqlarını qorumaq;
 Pretenziya işlərinin təşkili və aparılmasında Bankın müvafiq struktur bölmələrinə
məsləhət və metodik köməkliklər göstərmək;
 Əmək mübahisələrinin həlli üzrə səlahiyyətli orqanlarda nümayəndəliyi təmin etmək.

9. Baş kassir (Bakı və Sumqayıt şəhərləri)
Tələblər:

 Ali təhsil;
 Kassada (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədər iş təcrübəsi;
 Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
 Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
 Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
 Kassa əməliyyatlarının Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun
aparılması;
 Gün ərzində kassadan keçmiş bütün sənədlərə nəzarət;
 Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
 Balansdankənar bütün sənədlərin və qiymətlilərin hesablanması;
 Filialların kassalarına nağd vəsaitlərin, sənədlərin, qiymətlilərin göndərilməsi və
qəbulu;
 Bankomatlar üçün pul vəsaitlərinin hazırlanması və inkassatorlara bankomatların
yüklənməsi üçün pulların verilməsi;
 Nağd vəsaitlərin çeşidlənməsi, qruplaşdırılması.

10. Biznes kreditləri üzrə mütəxəssis (Bakı şəhəri)
Tələblər:
 İqtisadi təhsil;
 Biznes kreditləri ilə iş sahəsində müvafiq təcrübə;
 Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
 Analitik düşüncə;
 Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
 Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə
üstünlük verilir.
Vəzifə öhdəlikləri:
 Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
 Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
 Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
 Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
 Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes
təhlilini aparmaq.

11. Əməliyyat üzrə mütəxəssis (Bakı, Sumqayıt və Qusar şəhərləri)
Tələblər:

 Ali təhsil;
 Əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi;
 Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
 Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:
 Hüquqi və fiziki şəxslərə hesabların açılması ;
 Müştərilərin ödəniş sənədlərinə əsasən onların hesabları üzrə əməliyyatların həyata
keçirilməsi.

12. Kassir-əməliyyatçı (Bakı və Sumqayıt şəhərləri)
Tələblər:

 Ali təhsil;
 Kassa və əməliyyat (bank sahəsinə təcrübəyə üstünlük verilir) üzrə 3 ilə qədər iş
təcrübəsi;
 Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
 Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
 Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:
 Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
 Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
 Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
 KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

13. Mikro kreditlər üzrə mütəxəssis (Bakı, Qusar, Xaçmaz, Sumqayıt
şəhərləri)
Tələblər:
 İqtisadi təhsil;
 Mikro kreditlərlə iş sahəsində müvafiq təcrübə;
 Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
 Analitik düşüncə;
 Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;  Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə
üstünlük verilir.
Vəzifə öhdəlikləri:
 Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
 Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
 Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
 Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
 Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes
təhlilini aparmaq.

14. Mikro kreditlər üzrə qrup rəhbəri (Bakı, Qusar, Xaçmaz, Sumqayıt,
Mingəçevir şəhərləri)

Tələblər:
 İqtisadi təhsil;
 Mikro kreditlərlə iş sahəsində 3-4 il təcrübə;
 Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı;
 Analitik düşüncə;
 İdarəetmə bacarığı;
 Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:

 Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkili və icra
olunmasına nəzarət;
 Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında
nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət;
 Filialda mikro kredit məhsullarının birbaşa satış prosesinin effektiv təşkilində iştirak və
onun düzgün icrasına nəzarət;
 Filialda mikro kredit sahəsində çalışan qrup əməkdaşlarının kredit portfelinin təhlili və
nəzarəti.
Mikro kreditlər üzrə mütəxəssislərə və qrup rəhbərlərinə daxili şərtlər daxilində göstərilən
əmək haqqından əlavə bonusların verilməsi nəzərdə tutulur.

QEYD: Xahiş olunur yalnız “Expressbank” ASC -nin CV formasını,
yuxarıda göstərilən tələblərə uyğun olaraq, doldurub göndərəsiniz. CV-ni
göndərərkən başlıq hissəsində (subject) vakant olan vəzifəni qeyd
etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.