“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir | Təhsil Elanları
“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir
Bölmə:Xəbərlər 279 dəfə oxunub
26.07.2017

“ADA” Universiteti  abituriyentləri 31 iyul və 1, 2, 3 avqust tarixlərində saat 10:30-da "Açıq qapı" günlərinə dəvət edir. "Açıq qapı" günlərində abituriyentlərə Universitet, akademik proqramlar, pedaqoji heyət, tələbə mübadiləsi, təhsil haqqına güzəştlər barədə ətraflı məlumat veriləcəkdir.

"Açıq qapı" günləri “ADA” Universitetində keçiriləcəkdir. İştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur. Girişdə şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz. Ünvan: Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsi 11.