“Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram” – 700 bal toplayan abituriyent | Təhsil Elanları
“Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram” – 700 bal toplayan abituriyent
Bölmə:Xəbərlər 613 dəfə oxunub
24.07.2017

“İlk imtahanda iştirak edəndə yalnız bir suala cavab verə bilmədiyim üçün 695 bal toplamışdım. Qarşıma məqsəd qoydum ki, ikinci imtahanda mütləq şəkildə 700 bal yığacam və istəyimə də nail oldum”.

Tehsil.im xəbər verir ki, bunu “Report”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin iyulun 22-də keçirdiyi qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək 700 balı toplayan Bakı şəhəri, Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova deyib.

O bildirib ki, iki il hazırlığa gedib: “Məktəbdə oxuyarkən kimya olimpiadasında final mərhələsinə çıxmışdım. Bilik yarışlarında da iştirak etmişəm. Məktəbi fərqlənmə attestatı ilə bitirmişəm”.

J.Məmmədova iki ixtisas arasında seçim edəcəyini deyib: “Ya proseslərin avtomatlaşdırılması, yaxud da kimya mühəndisliyi ixtisasını seçmək istəyirəm. Hansı ali təhsil müəssisəsini seçəcəyim barədə dəqiq qərarım yoxdur. Təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram”.
O, həmçinin nəticələri elə indi öyrəndiyini qeyd edib: “Cavabı elə indi öyrənmişəm. Təbii ki, ilk sevincimi də ailəmlə bölüşdüm”.