İMTAHAN KEÇİRİLƏN UNİVERSİTETDƏ YANĞIN – 4 nəfər zəhərlənib | Təhsil Elanları
İMTAHAN KEÇİRİLƏN UNİVERSİTETDƏ YANĞIN – 4 nəfər zəhərlənib
Bölmə:Xəbərlər 205 dəfə oxunub
22.07.2017

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanğın baş verən əraziyə gəlib.

Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə olmuş və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün imtahan iştirakçıları imtahan binasından təxliyyə olunması barədə qərar qəbul olub.

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, DİM tərəfindən onların yenidən imtahan verməsi üçün üçün imkan yaradılacaq”, -deyə DİM-dən bildirilib.

* * *

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar – Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

* * *

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də olay yerinə gəlib.
Modern.az-ın məlumatına görə, yanğının universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının akt zalında baş verdiyi bildirilir

Hadisə yerinə 3 yanğınsöndürən avtomobili gəlib. Yanğınsöndürən avtomibilləri hadisə yerinə daxil ola bilmədiyi üçün kənardan su vurmaqla yanğını söndürməyə çalışırlar.

Qeyd edək ki, Kooperasiya universitetində hazırda I və IV ixtisas qrupuna qəbul imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də olay yerinə gəlib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, ərazidə tüstülənmə sıxlaşdığından qəbul imtahanının gedişinə müdaxilə olunub və abituriyentləri təxliyyə ediblər.

Fövqəladə Hallar Nazirliyi (FHN) də Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən “AzPolitika”ya verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.
Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.