Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə - DİM Ümumi müsahibə elan etdi | Təhsil Elanları
Dövlət qulluğunda çalışmaq istəyənlərin nəzərinə - DİM Ümumi müsahibə elan etdi
Bölmə:Dövlət qulluğu 3729 dəfə oxunub
21.07.2017

Azərbaycan Respublikasının  Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə  elan edir. Ümumi müsahibədə iştirak etmək üçün sənədlərin qəbulu 24 iyul 2017-ci il tarixdən 14 avqust 2017-ci il tarixədək saat 18:00‑dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) tərəfindən aparılır. Sənədlər şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək), yaxud poçt xidməti vasitəsilə  Mərkəzə (yuxarıda qeyd olunan ünvana) təqdim edilə bilər.