TQDK işçi axtarır | Təhsil Elanları
TQDK işçi axtarır
Bölmə:İş Elanları 1638 dəfə oxunub
17.10.2014

Tehsil.im xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  test tapşırıqlarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib. 

Mütəxəssisin (müqaviləçinin) funksiyaları:

Müqaviləçi müxtəlif ixtisas istiqamətləri üzrə* ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün aşağıdakı funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

 

  •         sifariş əsasında test tapşırıqlarını tərtib etmək;
  •         test tapşırıqlarının ekspertizasını həyata keçirmək;
  •         test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək;
  •         test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək.

 

Qoyulan tələblər:

 

  •        İxtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalıdır;
  •        Azərbaycan və ya rus dilini mükəmməl bilməlidir;
  •        Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır;
  •        Test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir.

 

Qeyd: Müraciət edənlərin test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanması üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İş qrafiki:

- Razılaşdırılmış qrafik üzrə həftədə 3 iş günü müddətində ən azı 12 saat.

İşə götürülənin təyinatı, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslər öz CV-lərini 2014-cü il noyabr ayının 16-dək magistratura@tqdk.gov.az elektron ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

* İxtisaslaşmalar üzrə qəbul proqramlarına daxil olan fənlərinsiyahısı