Finca Azerbaijan-ın baş ofisində işləmək imkanı | Təhsil Elanları
Finca Azerbaijan-ın baş ofisində işləmək imkanı
Bölmə:İş Elanları 1298 dəfə oxunub
16.10.2014

Tehsil.im xəbər verir ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MÜŞTƏRİ XİDMƏTLƏRİ TƏMSİLÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Məqsəd:

Müştəri Xidmətləri Təmsilçisi “FINCA Azerbaijan”-ın mərkəzi zəng qəbul etmə sistemi vasitəsi ilə zənglərin qəbul edilməsi üzrə və “FINCA Azerbaijan”-ın aktiv olmayan müştəriləri arasında Çıxış Sorğusu keçirməklə məşğul olur.

Zənglərin qəbul edilməsi zamanı şəxslərə qısa olaraq kredit şərtləri barədə məlumat verir. Əgər maraqlanan şəxs daha geniş məlumat almaq və ya kredit üçün müraciət etmək istəyərsə o uyğun filiala istiqamətləndirir.

Bundan əlavə olaraq, Müştəri Xidmətləri Təmsilçisi FINCA-dan kredit götürməyi dayandırmış şəxslərdən telefon vasitəsi ilə sorğu keçirir. Müştəri Xidmətləri Təmsilçisi hər iki cavabdehliyə dair təlimləndirilir. 

Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:

  • Azərbaycan dilində səlis danışmaq, Rus və İngilis dilini bilmək üstünlükdür;
  • Daha öncə müştəri xidmətləri və / və ya sorğularda iştirak etmək;
  • İnsanlarla asan ünsiyyət qurmaq, komanda ruhu;
  • Müştəri xidməti sahəsinə maraq
  • Kredit işi ilə tanışlıq və ya öyrənmək arzusu;
  • Bitmiş və ya davam etməkdə olan ali / texniki təhsil;
  • MS Office proqramlarında sərbəst işləmək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 02 Noyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№680/14)qeyd etməklə göndərə bilərsiniz.

 MARKETİNQ İŞÇİSİ vakansiyası

Məqsəd:

Marketinq İşçisi davamlı olaraq FINCA-nın reklam ehtiyaclarının araşdırılması, reklam vasitələrinin hazırlanması və inkişaf etdirilməsi, təşviqat materialına olan ehtiyacın müəyyən edilməsi, sifarişi və digər işlərin yerinə yetirilməsinə cavabdeh olacaqdır. Marketinq üzrə İşçi Marketinq İşçi Qrupu ilə yaxından əməkdaşlıq edərək Marketinq Şöbəsinin Menecerinə “FINCA Azerbaijan”-ın marketinq strategiyasını və marketinq büdcəsini hazırlamaq və həyata keçirməkdə köməklik göstərməlidir. Marketinq üzrə İşçi “FINCA Azerbaijan”-ın nüfuzunun artırılması və müştəri əhatəsinin genişləndirilməsi üçün digər şöbələr ilə səmərəli əməkdaşlıqlar quracaqdır.

İş Öhdəlikləri:

  • Çöl, televiziya və radio reklamları daxil olmaqla, reklam və marketinq materiallarının hazırlanması və yayınlanmasının təmin edilməsi;
  • Müxtəlif çap materiallarının hazırlanması və sifarişi;
  • Müxtəlif bazar araşdırmalarının aparılması;
  • Müxtəlif statistik məlumatların hazırlanması;
  • Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
  • FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
  • Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;

 

Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:

  • Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
  • Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
  • Analiz və təşkilati bacarıqlar;
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda üzvlüyü;
  • Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
  • Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 20 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza III, mərtəbə 8