AMEA-da magistratura təhsili təşkil olunacaq | Təhsil Elanları
AMEA-da magistratura təhsili təşkil olunacaq
Bölmə:AMEA 1447 dəfə oxunub
16.10.2014

Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə qəbulun aparılmasına dair razılıq əldə olunub. 

Tehsil.im-ın akademiyanın rəsmi saytına istinadən məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı Nazirlər Kabineti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə danışıqlar aparılıb. Onun sözlərinə görə, AMEA-nın magistraturasına 42 ixtisas üzrə qəbul aparılacaq: “Magistraturaya qəbulun 2015-ci il ilin fevral ayında aparılması nəzərdə tutulub.

AMEA-nın prezidenti akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Müraciət ölkə rəhbərliyi tərəfindən müsbət qarşılanmış, akademiyaya magistr hazırlığının təşkili üçün lazımi tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Həmçinin magistratura təhsil səviyyəsinin elmi araşdırmalar üçün böyük imkanlar yaratdığını, məzunlara gənc yaşlarından elmi-tədqiqat vərdişləri aşıladığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-da magistr hazırlığının təşkili ilə bağlı qərar qəbul edilmişdir.