Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır | Təhsil Elanları
Müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır
Bölmə:Təhsil Nazirliyi 505 dəfə oxunub
20.06.2017

yulun 1-dən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə tarixlərində elektron ərizələrin qəbuluna başlanacaq.

APA-nın xəbərinə görə, nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, müsabiqə 1-14 iyul tarixlərini əhatə edəcək. Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edir.