BP-də işləmək istəyənlərin nəzərinə! - VAKANSİYA | Təhsil Elanları
BP-də işləmək istəyənlərin nəzərinə! - VAKANSİYA
Bölmə:İş Elanları 52210 dəfə oxunub
15.10.2014

“BP”-Məzunların işə qəbul proqramı

BP şirkəti sizə bacarıq və biliklərinizi artıra biləcəyiniz mükəmməl bir iş şəraiti təklif edir. Gələcəyin biznes rəhbəri və ya dünya səviyyəli mütəxəssis olmaq istəyinizdən asılı olaraq, BP-nin “Gənc mütəxəssis” (“Çəllenc”) və NİMTP (Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı) proqramları da daxil olmaqla bizim təcrübə proqramlarımız sizə ehtiyacınız olan bacarıq və qabiliyyətləri qazanmaqda yardımçı olacaq. Məzunların işə qəbul proqramına müraciət edərək siz eyni zamanda hər iki “Gənc mütəxəssis” və NİMTP proqramları üzrə dəyərləndiriləcəksiniz. Namizədin “Gənc mütəxəssis” və ya NİMTP proqramları üzrə yerləşdirilməsi onların dəyərləndirmə nəticələrindən asılı olacaqdır.
BU NƏDİR?

"Gənc mütəxəssis" proqramı peşə ixtisasları üzrə BP-nin ilkin inkişaf proqramıdır. Onun məqsədi müəyyən sahədə texniki göstəricilərə nail ola bilən tam şəkildə səriştəli və müstəqil peşəkarlar yetişdirməkdən ibarətdir. Proqramın tərkib hissəsi olaraq gənc məzunlara təşkilat daxilində özlərini inkişaf etdirmək və biznesə hissediləcək dərəcədə təsir etmək imkanı veriləcəkdir. 
KİM ƏRİZƏ VERƏ BİLƏR?

Bakalavr və ya magistr dərəcəsini 2013-2015-ci illərdə qazanan məzunlar ərizələrini təqdim etməyə dəvət olunurlar. Yalnız Azərbaycan Respublikasının vətəndaşları proqramda iştirak edə bilərlər.
NECƏ ƏRİZƏ VERMƏLİ?

2015-ci il Tələbə və məzunların işə qəbul proqramı üçün ərizə qəbulu 2014-cü il 15 oktyabrdan başlayaraq 2014-cü il 1 dekabr tarixinə qədər davam edəcəkdir. 

Ərizələrin qəbulu və seçim prosesi haqqında ətraflı məlumatı saytımızın Seçim procesi bölməsindən əldə edə bilərsiniz. Hər hansı əlavə məlumat üçün İnsan resursları şöbəsinin əməkdaşı Həlimə Mahmudova ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə telefonu: +994 (0)12 599 3000

Hansı ixtisasın sizə uyğun gəldiyini öyrənmək üçün Ixtisas uyğunluğu sənədini yoxlayın.
Ərizəni dolduraraq proqramda iştirak üçün müraciət edin (azərbaycanca)
Ərizəni dolduraraq proqramda iştirak üçün müraciət edin (ingiliscə)
BİZƏ KIMLƏR LAZIMDIR?

Bizə aşağıdakı ixtisaslar üzrə işçilər lazımdır: 

Qazma və tamamlama əməliyyatları/Quyular;
Neft-mədən mühəndisliyi;
Geologiya; 
Geofizika və Petrofizika;
Korroziya və Materialşünaslıq mühəndisliyi;
İnşaat və Tikinti mühəndisliyi;
Elektrik mühəndisliyi;
Nəzarət və ölçü cihazları mühəndisliyi;
Mexanika mühəndisliyi;
Boru kəmərləri mühəndisliyi;
Emal texnologiyaları mühəndisliyi;
Axın təminatı mühəndisliyi;
Layihə mühəndisliyi; 
Kritik Əməliyyatlar üzrə Telekommunikasiyalar mühəndisliyi;
İstehsal kimya mühəndisliyi;
Sualtı mühəndislik.

İŞƏ MÜRACİƏT EDİN