“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
“Beynəlxalq Bank” işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 3804 dəfə oxunub
12.06.2017

“ABB” ASC  İnsan Resurslarının İdarəedilməsi Departamentinə əmək haqqının hesablanması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir. 

Tehsil.im xəbər verir ki, iqtisadiyyat, maliyyə, mühasibatlıq sahəsində ali təhsilliMC Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyun ayının 19-dur.

Vəzifə öhdəlikləri:

Baş ofisdə və filiallarda əməkdaşların gündəlik iş vaxtından istifadəyə nəzarətin edilməsi;
- Bankın işçilərinin aylıq əmək haqqının hesablanması;
- Bankın işçilərinə verilən bonus və digər mükafat və ödənişlərin hesablanması;
- Bank işçilərinin məzuniyyət haqlarının, kompensasiyaların, son haqq-hesabların hesablanması və ödənilməsi;
- DSMF-na təqdim edilən hesabatların hazırlanması;
- Gəlir vergisi üzrə məlumatların hazırlanması;
- Ezamiyyə ödənişlərinin hesablanması;
- Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi;
- DSMF-na aylıq hesabatın təqdim olunması;
- İşçilərin əmək haqqlarından tutulmaları həyata keçirilməsi;
- Tələb olunan hesabatların və formaların doldurulmasının təmin edilməsi;

Namizədə tələblər:

- İqtisadiyyat, maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək bacarığı;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
- Filiallarda müsahibatlıq sahəsində çalışan əməkdaşlara üstünlük veriləcəkdir;

Əlavə səriştə və fərdi keyfiyyətlər:

Sahə üzrə bilik və bacarıqlar:
- Mərkəzi Bank və Banklar haqqında qanun, Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilmək;

Şəxsi keyfiyyətlər:
- Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Təşəbbüskarlıq, təzyiqə davamlılıq, komandanı həvəsləndirmək kimi qabiliyyətlərə sahib olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “əmək haqqının hesablanması üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

------------------------------------------------------------------------------------

“ABB” ASC Filial şəbəkələrinə Nəzarətçi - Mühasib vəzifəsi üzrə vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Filialın müştəri əməliyyatlarının  normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
  • Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin  düzgünlüyünə nəzarət etmək;
  • Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqini etmək;
  • Filialın möhür və ştamplarının  işçilərə təhkim olunmasına nəzarət etmək;
  • Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;
  • Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;
  • Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;
  • Filialda kassa əməliyyatlarına nəzarət etmək;
  • Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;
  • Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;
  • Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;
  • Balansdankənar hesablara nəzarət etmək;
  • Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;
  • Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;
  • Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə  nəzarət etmək;
  • Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  12 iyun  2017-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Nəzarətçi-Mühasib” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az