DəmirBankdan Baş hüquqşünas vakansiyası | Təhsil Elanları
DəmirBankdan Baş hüquqşünas vakansiyası
Bölmə:İş Elanları 713 dəfə oxunub
13.10.2014

DəmirBank ASC-nin Hüquq Departamentinə Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinə Baş hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın fəaliyyəti ilə bağlı kredit və təminat müqavilələrin hüquqi ekspertizasını həyata keçirərək müqavilələrə bilavasitə viza vermək;
• Rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
• Təsərrüfat və xidmət müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Bütün hesabların açılması üzrə sənədlərin hüquqi ekspertizasını həyata keçirərək bilavasitə viza vermək;
• İdarə Heyətinin qərarlarının, İdarə Heyəti üzrə əmr və sərəncamların ekspertizasını həyata keçirərək bilavasitə viza vermək;
• Hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsinin olması;
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.