DİM ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı | Təhsil Elanları
DİM ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı
Bölmə:Xəbərlər 501 dəfə oxunub
23.05.2017

Ötən gecə ali məktəbələqə yayda – iyulda keçiriləcək ikinci qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

Tehsil.im saytı Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ümumilikdə 68132 abituriyent ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak etdəcəyini təsdiqləyib.

Qeyd edək ki, iyulda keçiriləcək I-IV qruplar üzrə ikinci qəbul imtahanı bütün abituriyentlər üçün pulludur.

Tehsil.im saytı ikici qəbul imtahanına görə, DİM-in hesabına köçürülən vəsaitin həcmini hesablayıb. Hər bir abituriyentin imtahanda iştiraka görə 40 manat ödəniş etdiyini nəzərə alsaq, onda DİM-in hesabına 2 milyon 725 min 280 manat köçürülmüşdür.