Mühafizə işi üzrə mütəxəssis | Təhsil Elanları
Mühafizə işi üzrə mütəxəssis
Bölmə:İş Elanları 786 dəfə oxunub
20.05.2017

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Vəzifə öhdəlikləri:

 

  • Mövcud videomüşahidə sistemləri vasitəsilə nəzarətin təşkili;
  • Yanğın mühafizə sistemlərinə nəzarət;
  • ATM-lərdə quraşdırılmış sistemlər vasitəsilə nəzarətin təşkili;
  • Baş ofis və filialların inzibati binalarının mövcud prosedurlara uyğun mühafizə rejiminə nəzarət;
  • Aidiyyəti sahədə baş vermiş pozuntuların dərhal aradan qaldırılması üçün zəruri tədbirlərin təşkili.

 

Vakant vəzifə üzrə tələblər:

  • Orta ixtisas/Texniki peşə təhsili;
  • Mühafizə sahəsində 3-5 illik iş təcrübəsi;

Əlavə keyfiyyətlər:

 

  • Müştəri yönümlülük;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Qətiyyət;
  • Problemləri həll etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  23 may  2017-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Mühafizə işi üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.