1000 AZN qazanmaq istəyənlər bu xəbəri oxusunlar! | Təhsil Elanları
1000 AZN qazanmaq istəyənlər bu xəbəri oxusunlar!
Bölmə:Elanlar 1502 dəfə oxunub
12.10.2014

Dəyərli dostlar!

#ishimibilirem kampaniyası çərçivəsində real həyatdan bir neçə bizimlə həmfikir olan insanın öz işlərini necə sevdiklərinin və hansı dəyərləri paylaşdıqlarının şahidi oldunuz. 

İNDİ İSƏ NÖVBƏ SİZİNDİR! ÖZ İŞİNİZİ GÖSTƏRİN VƏ 1000 AZN QAZANIN! 

Yadınızdadırsa, daha öncə də kampaniya ərzində sizi maraqlı məqamların gözlədiyini qeyd etmişdik. Budur, həmin məqam artıq yetişdi! Siz də öz işinizdə iddialısınız?
O zaman bugündən başlayan müsabiqəmiz tam sizin üçündür. Buyurun, öz məharətinizi videoya çəkərək göstərin və 1000 AZN qazanmaq şansı əldə edin! 

Tehsil.im -in məlumatına görə müsabiqə “AtaSığorta” ASC – nin sifarişi (bundan sonra “Sifarişçi”) ilə “Uptime Marketing Agentliyi” və “Comma Kontent Marketing  Agentliyi” tərəfindən (bundan sonra “Təşkilatçılar”) təşkil edilir. Müsabiqə 10 Oktyabr – 10 Noyabr 2014- cü il tarix aralığında Azərbaycanda keçirilir.

Ətraflı məlumat üçün http://ishimibilirem.az/ səhifəsinə daxil olun!