Azərbaycanda diplomu tanınan xarici universitetlər açıqlandı - SİYAHI | Təhsil Elanları
Azərbaycanda diplomu tanınan xarici universitetlər açıqlandı - SİYAHI
Bölmə:Xaricdə Təhsil 6146 dəfə oxunub
15.05.2017

Təhsil Nazirliyinin Nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) İdarəsi diplomları Azərbaycanda tanın universitetlərin siyahısını açıqlayıb. Seyyah.az İdarəyə istinadən xəbər verir ki, siyahıda 34 ölkənin 600 universitetinin adı yer alıb.

Siyahıya Almaniya universitetləri liderlik edir. Bu ölkənin 115 alu məktəbinin diplomu Azərbaycanda tanınacaq. Sayına görə ikinci yerdə ABŞ universitetləridir -71. İlk üçlüyü Rusiya ali məktəbləri tamamlayır. Bu ölkənin 58 universitetinin diplomunu Təhsil Nazirliyi tanıyacaq.

Azərbaycanlıların ən çox axın etdiyi Türkiyənin isə cəmi 13 universitetinin diplomu ölkədə tanınır. Diplomu tanınacaq Kanada universitetlərinin sayı isə 18-dir. Siyahıda Macarıstanın isə cəmi 1 universitetinin adı var.

Diplomları Azərbaycanda tanınan universitetlərin tam siyahısı ilə bu linkdən tanış ola bilərsiz.