İşə qəbul üzrə Baş Mütəxəssis | Təhsil Elanları
İşə qəbul üzrə Baş Mütəxəssis
Bölmə:İş Elanları 566 dəfə oxunub
14.05.2017

"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika" Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.
 
"Optimal Elektronika" MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vəzifə: İşə qəbul üzrə Baş Mütəxəssis

Departament / şöbə: İnsan Resursları Departamenti

Təhsil
• Ali təhsil (İqtisadiyyat, Psixologiya, Sosiologiya, Heyətin idarə olunması, Menecment)

Təcrübə
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalıdır.

Texniki səriştələr:
• Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İngilis dili (yaxşı),
• MS Office proqramlarını (MS Word, MS Excel, MS Power Point, MS Outlook) yaxşı səviyyədə istifadə edə bilməlidir.

İdarə etmə və digər səriştələr:
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı;
• Komandada işləmək qabiliyyətinə sahib olmalı;
• Səmərəlilik və təşəbbüskarlık qabiliyyəti olmalı;
• Dəqiqlik və səliqəlilik qabiliyyəti olmalı;
• Yüksək ünsiyyət və  təqdim etmə qabiliyyəti olmalı;
• Regionlara intensiv işgüzar səfərə getmək imkanı olmalıdır.

İş şərtləri

• Həftədə 6 iş günü, 1 gün istirahət; 
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
• Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.

Müraciət üçün son tarix: 09/06/2017

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İşə qəbul üzrə baş mütəxəssis” qeyd edərək recruitment@optimal.az ünvanına göndərməyiniz xahiş olunur.