Satınalma üzrə Mütəxəssis | Təhsil Elanları
Satınalma üzrə Mütəxəssis
Bölmə:İş Elanları 369 dəfə oxunub
14.05.2017

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Hazırda şirkətimizə Satınalma üzrə Mütəxəssis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Satınalmanın təşkili: Mexaniki və elektrik avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması / tədarükü
• Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi: Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması, səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi, tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
• Gömrük rəsmiləşdirilməsi: Gömrük rəsmiləşdirilməsi prosesinin idarə edilməsi, HS kodlarının optimallaşdırılması vasitəsilə gömrük rüsumlarının minimuma endirilməsi. EPC podratçısının yük göndərəni ilə effektli əməkdaşlıq və idxal edilən yüklərin gömrük rəsmiləşdirilməsinin vaxtında aparılması
• Anbarların iş prinsipinə nəzarət: avadanlıqların ehtiyat hissələrinin anbarda daimi olmasının təmini
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)l
• Müvafiq sahə üzrə tədarükçülər şəbəkəsinin idarə olunması üzrə ən azı  1-3 il iş təcrübəsi
• İngilis dili
• MS Office komputer proqramı üzrə bacarıqlar

Tərcümeyi-hallarınızı fayl adını özünüzün ad, soyad və ata adı olaraq adlandırmaqla və müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 08/06/2017

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.