Bölmə:İş Elanları 1733 dəfə oxunub
İnsan Resursları üzrə Mütəxəssis – Smart Audit MMC
Vəzifə təlimatları:
• İşçilərin işə qəbulu, xitamı və vəzifə dəyişikliyi proseslərini həyata keçirmək;
• İşə qəbul, xitam, məzuniyyət (bütün növ) , vəzifə dəyişikliyi, ezamiyyət və kadrlara aid digər əmrlərin hazırlanması; Əmək kitabçalarında lazımi qeydlərin edilməsi ( ehtiyac yaranarsa yeni əmək kitabçasının açılması);
• Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi və elektron sistemdə qeydiyyatı;
• İşçilərin şəxsi işlərinin hazırlanması və qorunması (elektron və nüsxələri);
• Əmək haqqının davamiyyət cədvəlinə əsasən hesablanması; əlavə iş saatlarının hesablanması;
• Rüblük DSMF hesabatlarının göndərilməsi;
• Əmək Məcəlləsinə müvafiq olaraq lazımi sənədlərin hazırlanması;
• Məzuniyyətlərin hesablanması.
Vəzifə ilə bağlı tələblər:
• Ali təhsil ( maliyyə, biznesin idarəedilməsi və s.);
• Əmək Məcəlləsini bilməli;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (İngilis və rus dillərini bilmək üstünlükdür).
İş günləri: Həftədə 5 gün.
Əmək haqqı: 500-600 AZN
Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “HR Payroll Specialist” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: hr@smartaudit.az