Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışı olub | Təhsil Elanları
Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılışı olub
Bölmə:Xəbərlər 408 dəfə oxunub
12.05.2017

Bu gün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yeni inzibati binasının açılış mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbir iştirakçıları agentliyin yeni binası ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi bir il öncə prezident İlham Əliyevin fərmanına əsasən yaranıb. Onun sözlərinə görə, agentliyin qarşısında duran vəzifələr bu gün ölkənin təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, ildən-ilə formalaşmasına xidmət edir. Peşə təhsili təhsil sisteminin bir neçə səbəbə görə mühüm əhəmiyyətə malik olduğunu deyən nazir qeyd edib ki, agentlik yarandığı andan bu günə kimi bir sıra işlər həyata keçirilib: “Bura peşə təhsili müəssisələrinin optimallaşması, birləşməsi, onların tədris proqramlarının məzmununa, peşə standartlara yenidən baxılması, özəl sektorla əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir. Artıq özəl kapitalın, sərmayelərin iştirakı ilə də peşə təhsili müəssisələri fəaliyyət göstərir. Son dövrdə bir neçə peşə təhsili müəssisəsi əsaslı təmir edilib, yenidən tikilib. Bu yaxınlarda Qəbələdə yerləşən peşə təhsili müəssisənin açılış planlaşdırılır. Bakı və Gəncə şəhərində müvafiq əsaslı təmirdən sonra peşə məktəblərinin fəaliyyətin davam etdirilməsi və genişləndirilməsi həyata keçirilib. Peşə məktəblərinin fəaliyyəti, agentliyin planlaşdırdığı işlər real iqtisadiyyatın nümayəndələri, dövlət və özəl şirkətlər, sahibkarlarla birgə işləyərək iqtisadi proqnozlara, əmək bazarının dəyişən tələblərinə əsaslanaraq həyata keçirilməlidir. Bu istiqamətdə əlavə tədbirlərin də görülməsi planlaşdırılır”.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev bildirib ki, agentlik ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir. O, peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını vurğulayıb.

pese-tehsili-uzre-dovlet-agentliyinin-yeni-inzibati-binasinin-acilisi-12052017-8

pese-tehsili-uzre-dovlet-agentliyinin-yeni-inzibati-binasinin-acilisi-12052017-6

pese-tehsili-uzre-dovlet-agentliyinin-yeni-inzibati-binasinin-acilisi-12052017-4

pese-tehsili-uzre-dovlet-agentliyinin-yeni-inzibati-binasinin-acilisi-12052017-3