Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir | Təhsil Elanları
Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir
Bölmə:Xəbərlər 2422 dəfə oxunub
12.05.2017

Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.

Tehsil.im xəbər verir ki, bununla bağlı bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib.

Əmək Məcəlləsinin  72-ci, 74-cü və 77-ci  maddələrində edilən dəyişikliklərə görə, bundan sonra müqavilələr müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əvvəlki  varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanılırdı. 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.