“Düzgün esse yazılışı” seminarı keçiriləcək | Təhsil Elanları
“Düzgün esse yazılışı” seminarı keçiriləcək
Bölmə:Elanlar 986 dəfə oxunub
11.05.2017

Təhsil İnstitutunun Təhsil Texnologiyalar Mərkəzi direktor vəzifəsinə işə qəbul olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı  təşkil edəcək. Mayın 13-də Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki imtahan mərkəzində keçiriləcək elektron sınaq imtahanından dərhal sonra "Düzgün esse yazılışı" seminarının təşkili də nəzərdə tutulur.

Seminarda esseyə qoyulan tələblər, qiymətləndirmə meyarları izah ediləcək, esse yazısından yüksək bal əldə etməyin yolları öyrədiləcəkdir.

Sınaq imtahanında iştirak etmək istəyənlər http://bit.ly/2qSvf1U linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.