Neft Fondu işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
Neft Fondu işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 4232 dəfə oxunub
09.05.2017

İnvestisiya departamentinin Sabit gəlirli qiymətli kağızlar və pul bazarları şöbəsinin treyderi
 
Öhdəliklər:
 
  • Ticarət strategiyasına uyğun sabit gəlirli qiymətli kağızların axtarılması, seçilməsi və alqı-satqısı;
  • Müxtəlif pul bazarları alətlərinin alqı-satqısı;
  • Kontragent banklarla əlaqələrin saxlanılması;
  • Maliyyə bazarlarına, investisiyalara və istiqrazlara dair məlumatların toplanması;
  • Portfeldə olan qiymətli kağızların gündəlik monitorinqi.
 
Tələblər:
 
  • Təhsil: Ali təhsil (maliyyə/iqtisadi/riyazi). Maliyyə/Biznesin idarə edilməsi sahəsində magistr dərəcəsi və ya CFA sahəsində nailiyyətləri olanlara üstünlük verilir;
  • Təcrübə: Beynəlxalq maliyyə bazarlarında 1 ildən çox analoji iş təcrübəsi;
  • Dil bacarığı: Azərbaycan və ingilis dillərində mükəmməl danışıq və yazı bacarığı vacibdir;
  • Kompüter bacarığı: Yüksək səviyyədə kompüter savadı. Maliyyə və statistik analiz məqsədləri üçün proqram paketlərindən istifadə vərdişləri;
  • Digər bacarıqlar:
    • Maliyyə bazarlarını, qiymətli kağızlara dair investisiyaları dərindən anlamaq. Müxtəlif tipli və strukturlu maliyyə alətlərini tanımaq və onları portfelin idarə edilməsinə tətbiq edə bilmək;
    • Portfelin qurulması və risklərin idarə edilməsi sahəsində biliyə sahib olmaq. Analitik düşünmə, hesabat tərtib etmə və qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək qabiliyyəti, beynəlxalq təşkilatlarla ünsiyyətqurma bacarığı.
 
Əlaqə:(+99412) 498 77 53  info@oilfund.az