“25-ci səhifə”nin təqdimatı oldu - FOTOLAR
Bölmə:Xəbərlər 566 dəfə oxunub
Bölmə:Xəbərlər 566 dəfə oxunub
06.05.2017
Gənc yazar Əligül Salamın (Ağayev) “25-ci səhifə” adlı ilk şeirlər kitabının təqdimatı olub.
Tehsil.im xəbər verir ki, təqdimatda Azərbaycanın xalq artisti Flora Kərimova, o cümlədən, bir çox elm, mədəniyyət xadimləri iştirak iştirak ediblər.
Bir neçə ildir yaradıcılıqla məşğul olan Əligül Salam müxtəlif mövzularda şeirlər və mahnı sözləri yazır.
“25-ci səhifə” 4 fəsildən ibarətdir: axtarış; eşq; vəhdət; musiqi.
Qeyd edək ki, kitabda olan bir çox şeirə musiqi də bəstələnib. Əligül Salam həmçinin bir neçə ildir müxtəlif dövlət layihələrinin (Eurovison 2012, Bakı 2015, Formua 1, İslam Həmrəylik Oyunları) təşkilində çalışmaqdadır. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğuldur. Kitabı şəhərin müxtəlif kitab dükanlarından əldə etmək olar.