Pasha Life-da Vakansiya | Təhsil Elanları
Pasha Life-da Vakansiya
Bölmə:İş Elanları 2073 dəfə oxunub
05.05.2017

Struktur bölmə: Aktuariat şöbəsi

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Son müraciət tarixi: 07 May 2017-ci il

Vəzifənin öhdəlikləri:

- Cəmiyyətin biznes fəaliyyətinin aktuar hesablamaları ilə dəstəklənməsini icra etmək
- Sığorta məhsulları üzrə müvafiq statistik cədvəllərə əsasən baza tariflərini müəyyən etmək
- Tələb olunan kapitalın məbləğinin, məcmu kapitalın məbləğini, sığortaçının öz vəsaitinin məbləğini və zərərlilik dərəcəsini hesablamaq
- Sığorta məhsulları üzrə təqdim olunan sığorta risklərini təhlil etmək
- Müxtəlif məhsullar və müştəri portfelləri üzrə zərərliliyin və mənfəətliliyin hesablanmasını həyata keçirmək
- Şirkətin sığorta ehtiyatlarının yerli qanunvericilik və Maliyyə hesabatlarının beynəlxalq standartları çərçivəsində yaradılması üzrə fəaliyyəti icra etmək
- Daxili və xarici istifadəçilərə təqdim etmək üçün aktuariat fəaliyyətinə aid məlumat xarakterli hesabatları hazırlamaq

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 1 il iş təcrübəsi

Təhsil/ixtisas: Ali təhsil - ehtimal nəzəriyyəsi, riyazi analiz və ekonometrika sahəsində bakalavr dərəcəsi. Magistr təhsili arzu olunandır

Dil bilikləri: İngilis və ya rus dillərindən ən azı birini əla səviyyədə bilməlidir

Kompüter bilikləri: Yüksək səviyyəli Excel bacarıqları və digər Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı

Üstünlüklər: Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, Aktuari akkreditasiyası

Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı, proqnoz vermə bacarığı, riyazi bacarıqlar, hesabatların və xüsusi hesabat cədvəllərinin tərtib və təhlil edilməsi, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası CV-lər “Aktuar” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir.

-----------------------------------------------------------------------------------------

Struktur bölmə: Satış kanalları və Marketinq Departamenti, Banklarla iş şöbəsi

Vəzifə: Mütəxəssis

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Tələb olunan işçi sayı:4

Son müraciət tarixi: 15 May 2017-ci il

Vəzifənin öhdəlikləri:

- Parntyor-banklarla mövcud əməkdaşlıq layihələri üzrə işlərin idarə olunması
- Partnyor-banklarla yeni əməkdaşlıq imkanlarının təhlili və dövriyyənin artırılması
- Şirkətin mövcud və yeni məhsulları üzrə potensial satış kanallarının tapılması, bu məqsədlə partnyorluq əlaqələrinin qurulması və inkişaf etdirilməsi
- Partnyor təşkilatlarla mütəmadi görüşlərin keçirilməsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanmasının təmin edilməsi
- Şirkətin mövcud və yeni məhsullarının mümkün resurslarla satışı və çarpaz satışının təşkili

Namizədə olan tələblər:

İş təcrübəsi: Bank, sığorta və ya B2B satış sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur

Təhsil/ixtisas: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi tələb olunur, Maqistr dərəcəsi arzuolunandır

Dil bilikləri: Rus dilini əla səviyyədə bilməlidir, ingilis dili arzuolunandır

Kompüter bilikləri: MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı

Fərdi keyfiyyət tələbləri: Etibarlılıq, komanda ilə işləyə bilmək, Aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası CV-lər “Banklarla iş – mütəxəssis” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.