Saytda Reklam meneceri vakansiyası | Təhsil Elanları
Saytda Reklam meneceri vakansiyası
Bölmə:İş Elanları 2314 dəfə oxunub
25.04.2017

Tehsil.im saytı növbəti mövsüm üçün Reklam meneceri vakansiyası üzrə işçi qəbulu elan edir.

Vəzifələr:

1. Yeni reklam vasitələrinin araşdırılması ;
2. Müştəri bazasını artırmaq, müştərilərə dolğun məlumat vermək və tələblərlə tanış etmək;
3. Müştərilərlə iş görüşmələrinə getmək ;
4. Şirkətin, xidmətlərin, təkliflərin təqdimatı ;
5. Yeni müştərilərin axtarılması və cəlb olunması;
6. İşgüzar tədbirlərdə şirkəti təmsil etmək;
7. Satış layihələrinin yaradılması və həyata keçirilməsində iştirak etmək.

Tələblər:

1. Ali və ya orta ixtisas təhsil 
2. Reklam sahəsi üzrə iş təcrübəsi arzuolunandır
3. 20-28 yaş
4. MS WORD və Excel proqramlarını bilməli.

İş qrafiki sərbəstdir. Evinizdən və ya ofisinizdən işləyirsiniz.

Əmək haqqı reklamların sayına müvafiq olaraq yüksək faizlə hesablanacaq.

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Reklam meneceri" sözünü qeyd etməklə itehsil@mail.ru elektron poçtuna göndərsinlər.
Qeyd olunan tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

son müraciət tarixi 25 may 2017