Turizm sahəsində işləmək istəyənlərə – ŞAD XƏBƏR | Təhsil Elanları
Turizm sahəsində işləmək istəyənlərə – ŞAD XƏBƏR
Bölmə:İş Elanları 3522 dəfə oxunub
24.04.2017

Mayın 2-də Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçiriləcək. Seyyah.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələri vakant iş yerləri və karyera planları barədə məlumatlar təqdim edəcəklər.

Turizm sahəsində ali təhsilli və yaxud təhsil alan, müvafiq sertifikat kurslarını bitirən, müəyyən iş təcrübəsi olub hazırda iş axtaran turizm sahəsi üzrə bütün maraqlı şəxslər (CV-ləri ilə birgə) tədbirdə iştirak edə bilər.